Fəaliyyəti dayandırılan Nərgiz klinikasından yeni XƏBƏR

Fəaliyyəti dayandırılan Nərgiz klinikasından yeni XƏBƏR
  27 Noyabr 2013    Oxunub:1182
Klinikanın gələcək taleyi 10 günə bilinəcək

Fəaliyyətini dayandıran məşhur Nərgiz Tibb Mərkəzi hələ də lisenziya problemini həll edə bilmir.

Müəssisə artıq bir həftədən çoxdur ki, fəaliyyətini tamamı ilə dayandırıb.

Klinkadan AzVision.az-a verilən məlumata görə, müəssisənin fəaliyyəti ola bilsin ki, yaxın on gün ərzində bərpa edilsin.

“1 həftədən çoxdur ki, klinaka öz fəaliyyətini dayandırıb. Buna səbəb isə lisenziyanın vaxtının bitməsidir. Yeni lisenziya almaq isə yəqin ki, 10 gün çəkər”,-deyə, Nərgiz Tibb Mərkəzindən bildiriblər.

Klinikadan onu da əlavə ediblər ki, tibb müəssisəsi xəstə qəbulunu dayandırıb, tibb mərkəzində çalışan həkim heyəti də işə çıxmır”.

Qeyd edək ki, Bakının ən məşhur özəl tibb mərkəzlərin olan Nərgiz Tibb Mərkəzi ötən həftə fəaliyyətini dayandırıb. Buna səbəb isə klinikanın lisenziya vaxtının bitməsi göstərilir. Bu da klinikanın büdcəsinə xeyli miqdarda maddi ziyan vurur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti