Metropoliten rəsmi açıqlama verdi
Nasazlıq baş verərkən, qatarın yüksək təhlükəsizlik tələblərini təmin edən ehtiyat əyləc sistemi işə düşüb.
Müvafiq tədbirlərin görülməsi məqsədilə, texniki qayda və tələblərə uyğun olaraq, həmin sahədə elektrik cərəyanının kəsilməsi zərurəti yaranıb, həmçinin sərnişinlər «28 May» stansiyasında dayandırılan qatardan çıxarılıb.
Hadisə nəticəsində yalnız bir qatar «Nizami» və «28 May» stansiyaları arasında tuneldə, digər qatarların hamısı stansiyalarda olub.
Saat 8:44 dəqiqədə qatardakı nasazlıq aradan qaldırılaraq, hərəkət bərpa olunub. Bəzi kütləvi informasiya vasitələrinin Bakı Metropoliteninə istinad etmədən yaydığı yanlış məlumatın əksinə olaraq, bildiririk ki, hadisə zamanı sərnişinlər heç bir xəsarət almayıb.
Həmçinin təcili tibbi yardımın çağırılmasına ehtiyac yaranmayıb.
AzVision.az