XİN-in Kollegiyasının tərkibi dəyişdi

  XİN-in Kollegiyasının tərkibi dəyişdi
  14 İyun 2019    Oxunub:2541
Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən Sarıcalinskaya Elmira Yaqub qızının adı Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi vəzifəsindən çıxarılıb. Həmin bölməyə Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi Hüseynov Hüseyn İsmayıl oğlunun və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Ələkbərli Vüsal Ziyad oğlunun adları əlavə olunub.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti