Lavrov: "Çini cilovlamaq Tramp üçün prioritet olacaq"

   Lavrov:    "Çini cilovlamaq Tramp üçün prioritet olacaq"
  14 Noyabr 2024    Oxunub:713
"ABŞ-nin Donald Trampın rəhbərliyi altında əsas prioriteti Çini cilovlamaq olacaq. Onlar Rusiyanı isə bu günün təhlükəsi hesab edirlər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Marina Kimin “Novıy mir” layihəsinə müsahibəsində deyib.

Hakan Fidan Lavrovla danışdı
XİN rəhbəri qeyd edib ki, Çini cilovlamaq vəzifəsi hələ Cozef Baydenin hakimiyyəti dövründə onun administrasiyası tərəfindən irəli sürülmüşdü: "Güman edirəm ki, bu, Donald Tramp administrasiyası üçün prioritet olaraq qalacaq. Biz bu günün "təhlükəsi" sayılırıq. Vaşinqton imkan verə bilməz ki, Rusiya güclü oyunçu olduğunu sübut etsin və Qərbin reputasiyasına xələl gətirsin"

Rusiyanın baş diplomatı onu da vurğulayıb ki, ABŞ üçün ən vacib şey reputasiyadır. Vaşinqtonda oturanları xalqların, xüsusən də Ukraynanın real taleyi ilə maraqlanmır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov  





Xəbər lenti