Poroşenko: “Zelenski seçiciləri pulla ələ almaq istəyir”

   Poroşenko:    “Zelenski seçiciləri pulla ələ almaq istəyir”
  14 Noyabr 2024    Oxunub:746
Volodimir Zelenskinin sosial dəstək proqramı çərçivəsində Ukrayna vətəndaşlarına vəd etdiyi min qrivna məbləğində ödənişləri Qərbin Kiyevə yardımı dayandırmasına səbəb ola bilər.
AzVision.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko təcili keçirdiyi brifinqdə belə deyib.

“Seçici səs almağa çalışdığınız “min” qrivnanıza görə daha sizin mövqeyinizi tutmağa getməyəcək. Amma bu, təəssüf ki, tərəfdaşların Ukraynaya kömək etmək üçün pul verməyi dayandıracaqlarına gətirib çıxara bilər. Seçkilərə hazırlaşan hakimiyyət isə münaqişədə necə qalib gəlmək yox, seçkilər barədə düşünür”, - Pyotr Poroşenko narahatlığını gizlətməyib.

Qeyd edək ki, Volodimir Zelenskinin prezidentlik müddəti bu il mayın 20-də başa çatıb. Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib. Zelenski seçkilərin indi “vaxtsız” olduğunu deyib.

Oktyabrın sonunda Zelenskinin ofisinin rəhbəri Andrey Yermak da bildirib ki, Ukraynada seçkilər silahlı münaqişə bitdikdən dərhal sonra baş tutacaq, çünki hazırda Kiyevin bütün resursları müharibəyə səfərbər olunub. Lakin bu həftə Böyük Britaniyanın “The Economist” qəzeti ölkədə ictimai əhval-ruhiyyənin aşağı düşməsi səbəbindən Ukraynada seçkilərin 2025-ci il mayın 25-də keçirilə biləcəyini yazıb.

Eyni zamanda, ötən ay Zelenski ukraynalılara “hər ailə üçün əlçatan olacaq” bir proqram - hər vətəndaşa min qrivna (təxminən 24 ABŞ dolları) məbləğində birdəfəlik müavinət vəd edib. Onun bu təşəbbüsü ölkə əhalisi arasında heç də birmənalı qarşılanmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Poroşenko   Zelenski   seçkilər  





Xəbər lenti