“Heydər Əliyev xalqı böyük fəlakətdən qurtarıb” - Spiker

“Heydər Əliyev xalqı böyük fəlakətdən qurtarıb” -   Spiker
  14 İyun 2019    Oxunub:1830
“1993-cü ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyacanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O. Əsədov xatırladıb ki, o dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı: “Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı, dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndü. Ulu öndər Azərbaycana hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyunun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Hər kəsi təbrik edirəm, Azərbaycan xalqına inkişaf arzu edirəm”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti