Müdafiə nazirindən yeni struktur və kadr dəyişiklikləri

Müdafiə nazirindən yeni struktur və kadr dəyişiklikləri
  27 Noyabr 2013    Oxunub:1295
“Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum fəaliyyətə başlayır”.
AzVision.az-a bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, bundan əlavə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmri ləğv edilib:

“İşindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir.

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki-tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb”.

Ü.Cəfərov Naxçıvandan narahatedici xəbərlərin olduğunu qeyd edib: “Oktyabrda şəxsi heyətlə görüşdə yeni müdafiə naziri tezliklə uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz versə də, təəssüflər olsun ki, bu günə kimi bu işə demək olar ki, başlanılmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri kimi, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir ki, bunun müqabilində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər.

Müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlər Sərhəd Xidmətində zabit kimi Aviasiya İdarəsində xidmətini davam etdirir”.


Teqlər:  





Xəbər lenti