Marqvelaşvili ilə İlham Əliyevin ilk görüşü

Marqvelaşvili ilə İlham Əliyevin ilk görüşü
  27 Noyabr 2013    Oxunub:1065
Avropa İttifaqı (Aİ) Şurasının məlumatında deyilir ki, noyabrın 28-29-da Vilnüs zirvə görüşündə Aİ-nin üzvü olan 28 ölkənin dövlət başçıları, habelə “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın nümayəndələri iştirak edəcəklər.

Zirvə görüşündə tərəfdaş ölkələrdən dörd prezidentin – Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin, Ukrayna Prezidenti Viktor Yanukoviçin və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı gözlənilir.

Moldovanı Baş nazir Yuri Lyanke, Belarusu xarici işlər naziri Vladimir Makey təmsil edəcəklər.

Zirvə görüşünə Avropa Şurasının sədri Herman Van Rompey başçılıq edəcəkdir. O, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Avropa İttifaqını təmsil edəcəkdir.

Sammitdə Avropa Parlamentinin sədri Martin Şults, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton, Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fyule və Aİ-nin ticarət məsələləri üzrə komissarı Karel de Hyuht iştirak edəcəklər.

Herman Van Rompey bildirib: “Məqsədimiz regiondakı tərəfdaşlarla birlikdə hüququn aliliyinə söykənən demokratik, çiçəklənən və sabit Avropa qonşuluğunun qurulması üzərində addım-addım çalışmaqdır”.

O deyib: “Vilnüsdə Avropa qonşuluq siyasətinin on illiyi və əsası 2009-cu ildə Praqada qoyulmuş Şərq Tərəfdaşlığının dörd illiyi qeyd olunacaqdır. Biz müvafiq meyarlara uyğun gələn tərəfdaşlarla birlikdə assosiasiya barədə ambisiyalı sazişlər, o cümlədən əsaslı və mükəmməl azad ticarət zonası barədə saziş üzərində işləməyə davam edirik, habelə vətəndaşların Aİ ilə region arasında səfərlərinin asanlaşdırılmasına və liberallaşdırılmasına doğru addımlar atırıq”.(AzərTAc)


Teqlər:  





Xəbər lenti