Azərbaycandan ABŞ-a ETİRAZ

Azərbaycandan ABŞ-a ETİRAZ
  27 Noyabr 2013    Oxunub:1079
Bu, ermənilərin Azərbaycana qarşı növbəti təxribatıdır

ABŞ-ın Kaliforniya ştatının Haylend Şəhər Şurası Dağlıq Qarabağın işğal altındakı Laçın (Berdzor) şəhəri ilə qardaşlaşma haqqında qərar qəbul edib. Şuranın 26 noyabr tarixində qəbul etdiyi qərara əsasən, Haylend, qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin tanıyıb.

Haylendin bu addımına Milli Məclisinin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Asim Mollazadə münasibət bildirib.

Deputat bunu erməni diasporunun növbəti təxribatı adlandırıb:

“Haylend ermənilər yaşayan bölgədir. Bu səbəbdən düşünürəm ki, bu, Amerikada yaşayan erməni diasporunun növbəti təxribatıdır. Bu barədə Azərbaycanın Kaliforniya ştatındakı konsulluğunu məlumatlandıracağıq. Belə bir qərar ilk növbədə, Amerika qanunvericiliyini pozmaq deməkdir”.

A.Mollazadə hesab edir ki, məsələ ilə bağlı Azərbaycan diplomatik kanallarla, səfirlik, konsulluq vasitəsilə Amerika ictimaiyyətini məlumatlandırmalıdır.

“Azərbaycan müvafiq diplomatik kanallarla məsələ ilə bağlı öz etirazını bildirəcək. Bildiyiniz kimi, Kaliforniyadaxeyli sayda erməni yaşayır. Bu qəsəbədə də yaşayanların əksəriyyəti ermənidir. Zənnimcə, Azərbaycan həm səfirlik, həm konsulluq vasitəsilə Amerika ictimaiyyətinə və erməni dairələrinə məlumat verməlidir. Çünki belə qərar, tək Azərbaycana qarşı deyil, Amerika Birləşmiş Ştatlarının da qanunlarına ziddir və beynəlxalq qanunvericilik kobud surətdə pozulub. Bu addım Azərbaycan- Amerika münasibətlərinə heç bir təsir göstərə bilməz. Hansısa bir erməni qəsəbəsi qeyri-qanuni qərar qəbul edib”.

Qeyd edək ki, Haylend Şəhər Şurası Amerika prezidenti və Konqresini də qondarma respublikanın suverenliyini dəstəkləməyə çağırıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti