Millinin sabiq futbolçusu “Qəbələ”yə keçdi

  15 İyun 2019    Oxunub : 872
Millinin sabiq futbolçusu “Qəbələ”yə keçdi
“Qəbələ” klubu 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb.

Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2012/13 mövsümündə “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Azvision.az


Teqlər: Qəbələ