Binəli Yıldırım İmamoğlu ilə debata çıxır

  16 İyun 2019    Oxunub : 1352
 Binəli Yıldırım İmamoğlu ilə debata çıxır
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında debat keçiriləcək.
Azvision.az xəbər verir ki, Lütfi Kırdar Konqres və Sərgi Sarayında təşkil olunacaq debat yerli vaxtıa saat 21:00-da başlayacaq.

Moderatorluğunu İsmayıl Küçükqayanın həyata keçirəcəyi debatda hər iki tərəfə eyni sualın cavablandırılması üçün bərabər vaxt ayrılacaq.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Debat   Yıldırım   İmamoğlu