Putin Sarkisyanı yola gətirəcəkmi?

  27 Noyabr 2013    Oxunub : 814
Putin Sarkisyanı yola gətirəcəkmi?
Vladimir Putinin dekabrın 2-də Ermənistana rəsmi səfərə başlayacaq.

AzVision.az Rusiya prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Vladimir Putin Ermənistana 2 günlük səfər edəcək.

Putin əvvəlcə, Serj Sarkisyanın müşayiəti ilə burada yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazaya baş çəkəcək. Daha sonra 3-cü Rusiya-Ermənistan regional forumunda iştirak edəcək.

Səfərin davamı olaraq Yerevanda təkbətək görüş keçirəcək prezidentlər, iqtisadi-ticarət və mədəni-humanitar məsələlər barəsində müzakirələr aparacaq.

Danışıqların gündəmində olan əsas məsələlərdən biri də Ermənistanın Gömrük və Avrasiya İttifaqına qoşulması ilə bağlıdır.

Vüqar İsmayılov

Teqlər: