Gəncədə Prezident təqaüdçüləri ilə görüş

Gəncədə Prezident təqaüdçüləri ilə görüş
  27 Noyabr 2013    Oxunub:1129
Gəncə şəhərində Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri ilə görüş keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 27-də Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) Gəncə şəhərində Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri ilə görüş keçirib.

Görüşdə Gəncə şəhər İcra hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, orta təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, həmçinin ali və orta ixtisas təhsili müəssisələrindən 100-ə qədər nümayində iştirak edib. Tədbirdə çıxış edən TQDK-
nın Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov qəbul imtahanlarında yüksək nətcə göstərən gənclərin valideynlərini, müəllimlərini yetirmələrinin təhsildə qazandıqları yüksək nailiyyətlər münasibəti ilə təbrik etdi və bildirdi ki, bu tələbələr ali təhsil müəssisələrində oxuduqları müddətdə də nəticələrini qoruyub saxlamalıdırlar. Bu tələbələr gələcəkdə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər üçün də örnəkdirlər.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra hakimiyyətinin məsul əməkdaşı Kənan Tahirov da valideynləri təbrik etmiş və bildirib ki, övladlarnızın bilik yarışında əldə etdiyi bu nəticə çox böyük nailiyyətdir , onların təbliği hazırda məktəbdə oxuyan və gələcəkdə ali təhsil almaq istəyən şagirdlər üçün böyük stimuldur".

Tədbirdə iştirak edən valideynlər, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri bu cür görüşlərin təşkili üçün TQDK-nın rəhbərliyinə təşəkkürlərini bildirib.

Sonda valideynlərə və qəbul imtahanlarında şagirdləri yüksək nəticə göstərmiş məktəblərə müxtəlif hədiyyələr təqdim olunub.


Teqlər:  





Xəbər lenti