Müdafiə naziri: “Silah və texnikaların 90 faizi yenidir”

 Müdafiə naziri:  “Silah və texnikaların 90 faizi yenidir”
  18 İyun 2019    Oxunub:2605
Orduda həyata keçirilən islahatlar uğurla davam edir.
Azvision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir bildirib ki, ordunun inkişafı göz qabağındadır: "İslahatların əsas məqsədi ordunun infrastrukturunu yeniləmək və müasir silahların alınmasıdır. Alınan yeni silahlarla bağlı daim ictimaiyyətə məlumat verilib. Paradda nümayiş etdirilən silah və texnikanın 90 faizi yeni idi. Bütün silahlar orada nümayiş etdirilmədi. Məxfiçilik baxımından. Məlumdu ki, biz müharibə şəraitində yaşayırıq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Müdafiə-Naziri   Zakir-Həsənov   Ordu  





Xəbər lenti