Mişel Platini həbs edildi

Məlumata əsasən, Mişel Platini futbol üzrə 2022-ci il Dünya Çempionatının keçirilmə məkanının Qətərə verilməsi prosesində edilən qanunsuz və saxtakarlıqlar səbəbiylə nəzarətə alınıb.
Qeyd edək ki, Platini 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələri tutub. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb. Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında qurumun prezidenti seçilib. O, 2015-ci ilədək UEFA-ya rəhbərlik edib.
Şahanə Rəhimli
Azvision.az