“Sabah”dan dördüncü transfer

“Sabah”dan dördüncü transfer
  18 İyun 2019    Oxunub:2170
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub. Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.

Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.

Azvision.az



Teqlər: Sabah  





Xəbər lenti