Vasif Talıbov: “O ev mənim evim deyil”
“Bәzi mәtbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən vә Cәnab Sәdr Vasif Talıbova mәxsus olduğu iddia edilәn binanın ötən şənbә yandırılması ilә bağlı olan informasiyalar tamamilә yalan vә әsassızdır. Yayılan xәbәrdә jurnalist qeyri-peşәkarlığı vә mәqsәdli yalan informasiya yaymaq istәyi açıq aydın görünür. Xәbәrlә bağlı iki mühim mәqamı diqqәtinizә çatdırmaq istәyirik. Bir - Batabat yaylağında yerlәşәn bina Cәnab Sәdr Vasif Talıbova mәxsus deyil o bina rәsmi qonaqlar üçün nәzәrdә tutulmuş qonaq evidir, iki - hәmin binada hәrhansı bir yanğın baş vermәyib.”