“Qarabağ”ın növbəti rəqibi məlum oldu

“Qarabağ”ın növbəti rəqibi məlum oldu
  19 İyun 2019    Oxunub:2019
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, püşk zamanı turnirdəki yeganə təmsilçimiz “Qarabağ”ın potensial rəqibi bəlli olub.

Belə ki, Ağdam təmsilçisi birinci mərhələdə Albaniyanın "Partizani" klubunu keçsə, 2-ci mərhələdə “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra, 2-ci təsnifatın matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Futbol   UÇL  





Xəbər lenti