“Ermənilər əsgərlərin cəsədlərini sürüyə-sürüyə aparırdılar”
"Aprel döyüşlərində ölən erməni əsgərlərini onlara təhvil verəndə cəsədləri sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgər idi və həlak olmuşdular. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda, cəsədlərini qarşı tərəfdən alarkən hərbi təzim edib, xərəyi ciyin bərabərində qaldırıb, sıra adddımı ilə maşına qədər apardılar. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, bizim şəhidimizə verdiyimiz qiymət idi".
R. Dəmirov qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır: "ATƏT-in Minsk Qrupu həmsədrləri uzun illər danışıqlar aparsa da, nəticəsi yoxdur. Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir. Son zamanlar atəşkəs tez-tez pozulur, Azərbaycan Ordusu onlara layiqli cavab verir. Düşmən başa düşür ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji baxımından erməni ordusundan qat-qat yüksəkdir".
Aytən Zəhra
Azvision.az
Teqlər: