“Qarabağ”ın oyunlarını keçirəcəyi stadion məlum oldu

  20 İyun 2019    Oxunub : 1063
“Qarabağ”ın oyunlarını keçirəcəyi stadion məlum oldu
"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, görüş "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandasının ikinci mərhələyə yüksələcəyi təqdirdə ev oyunu həmin stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

"Qarabağ" "Partizani" səddini keçəcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

Azvision.az

Teqlər: Qarabağ   Klub   CL