Neymar üçün fantastik transfer qiyməti

Neymar üçün fantastik transfer qiyməti
  21 İyun 2019    Oxunub:2138
Fransanın “PSJ” klubu braziliyalı ulduz futbolçu Neymara fantastik transfer qiyməti müəyyənləşdirib.
Azvision.az xəbər verir ki, Neymarı transfer etmək istəyən klub “PSJ”yə 300 milyon avro təzminat ödəməli olacaq.

Xarici KİV-də yer alan məlumatlara görə, "Barselona" sabiq futbolçusu ilə maraqlansa da, Neymar üçün bu məbləği ödəmək istəmirlər. Katalon klubu bir qədər pul və üç futbolçu - Samuel Umtiti, İvan Rakitiç və Usman Dembeleni qarşı tərəfə verməklə transferi reallaşdırmağa can atır.

Qeyd edək ki, 27 yaşlı forvard 2017-ci ildə "Barselona"dan 222 milyon avroya “PSJ”-yə transfer olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Barselona   PSJ   Neymar   Transfer  





Xəbər lenti