Naxçıvanlıların gəliri artıb

Naxçıvanlıların gəliri artıb
  28 Noyabr 2013    Oxunub:1305
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvanda əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 1 milyard 334 milyon 821 min 600 manata çatıb.
Onun hər bir nəfərə düşən həcmi isə 3,5 faiz yüksələrək 3097,8 manat təşkil edib. Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 376 manat təşkil edib, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.


Teqlər:





Xəbər lenti