`Uşaq Avroviziyası`nın finalına 1 gün qaldı

`Uşaq Avroviziyası`nın finalına 1 gün qaldı
  28 Noyabr 2013    Oxunub:1274
Noyabrın 30-da Kiyevdəki “Ukrayna” sarayında uşaqlar arasında “Eurovision-2013” beynəlxalq mahnı müsabiqəsinin finalı olacaq.
“Kreativ ol” (“Be Creative”) devizi altında keçirilən tədbiri “Eurovision-2013” müsabiqəsinin ukraynalı finalçısı Zlata Oqneviç və onun həmvətəni, beynəlxalq müsabiqənin şərhçisi Timur Miroşniçenko aparacaqlar.

Azərbaycan nümayəndəsi, Rəşid Behbudov adına uşaq musiqi məktəbinin şagirdi 10 yaşlı Rüstəm Kərimov finalda ikinci çıxış edəcək.

Noyabrın 27-si müsabiqənin gənc iştirakçıları üçün məşqlərdən azad gün olub. Müsabiqə təşkilatçılarının təşəbbüsü ilə həmin gün uşaqlar üçün Kiyevdə “Roşen” korporasiyasının qənnadı fabrikinə ekskursiya təşkil edilib.

Növbəti məşqlər sabah olacaq. Məşqlərdən sonra gənc artistlər mətbuat konfransları keçirəcəklər. Bu, uşaqlar arasında “Eurovision-2013” müsabiqəsinin yeniliklərindən biridir.


Teqlər:





Xəbər lenti