Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək
  28 Noyabr 2013    Oxunub:1095
TQDK sədri Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri üçün Şəki şəhərində dekabrın 6-da Şəki Olimpiya İdman Kompleksində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 024 244 66 14) xahiş olunur.

TQDK-nın Şəki regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan qrafik üzrə saat 10:00-dan 17:00-dək
müvafiq rayonların təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:

Oğuz rayonu üzrə – 2 dekabr 2013-cü il;
Qax rayonu üzrə – 2 dekabr 2013-cü il;
Qəbələ rayonu üzrə – 3 dekabr 2013-cü il;
Zaqatala rayonu üzrə – 3 dekabr 2013-cü il;
Balakən rayonu üzrə – 4 dekabr 2013-cü il.


Teqlər:





Xəbər lenti