Bakıda iki nəfər bıçaqlanıb
İlkin Qasımov aldığı xəsarətlə bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində İlkin Qasımova bıçaqla xəsarət yetirən 1997-cü il təvəllüdlü Səmodov Fərid Şahin oğlu saxlanılıb.
Digər hadisə isə Mətbual prospektində qeydə alınıb. 1957-ci il təvəllüdlü Mürsəlov Sərraf Həsən oğluna naməlum şəxs tərəfindən 5dəfə bıçaqla zərbə yetirilib. Sərraf Mürsəlov aldığı xəsarətlərə əlaqədar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mirvari Nəcəf







Vaxtında, Aydın, Lazımlı!


