Müdafiə nazirinə qarşı cinayət işi açıldı

Müdafiə nazirinə qarşı cinayət işi açıldı
  28 Noyabr 2013    Oxunub:1418
Rusiyanın keçmiş müdafiə naziri Anatoliy Serdyukov dövlət büdcəsinə 56 milyon rubl ziyan vurmaqda ittiham olunur.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib. Onun sözlərinə görə, Serdyukov müdafiə naziri olduğu müddətdə Həştərxan vilayətinin Krasa kəndindən Şkolnıy adasına kimi avtomobil yolunun çəkilişi üçün lazım olan vəsaitin nazirliyin hesabından ayrılmasına göstəriş verib.

Buna səbəb Şkolnıy adasında “Jitnoe” istirahət mərkəzinin yerləşməsi olub. Bundan əlavə, yol ətrafının yaşıllaşdırılması üçün yaxınlıqda yerləşən hərbi hissələrin əsgərlərindən istifadə olunub. Araşdırmalar zamanı bəlli olub ki, müdafiə nazirinin belə bir qərar verməsi üçün heç bir zəruri səbəb olmayıb. Odur ki, Anatoli Serdyukov vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsinə 56 milyon rubl ziyan vurmaqda ittiham olunur.
Xatırladaq ki, “Jitnoe” istirahət mərkəzi Anatoli Serdyukovun kürəkəni Valeri Puzikova məxsusdur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti