Tərtərdə ər-arvad hamamda öldü

Tərtərdə ər-arvad hamamda öldü
  28 Noyabr 2013    Oxunub:1345
Tərtərdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Tərtər rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 1958-ci il təvəllüdlü Əsədov Aşır Cəfər oğlu və onun həyat yoldaşı 1958- ci il təvəllüdlü İmanova Cahan Qaçay qızı hamamda çimərkən dəm qazından boğularaq ölüblər.

Rayon polis şöbəsinin əməkdaşları, mahkama-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti