Azərbaycan samboçuları Minskdə iki medal qazanıb

  22 İyun 2019    Oxunub : 876
Azərbaycan samboçuları Minskdə iki medal qazanıb
İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.
Bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb. E.Həsənov isə bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

Qeyd edək ki, Minskdə keçirilən Avropa Oyunlarında millimizi 82 idmançı təmsil edir.

Azvision.az

Teqlər: Medal   Sambo   Avropa-Oyunları