Həkimlər Almaniyaya göndərilir
AzVision.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən 2013-cü il noyabr ayından etibarən növbəti gənc mütəxəssislərdən ibarət heyət Almaniyanın aparıcı klinikalarına üç aylıq ixtisasartırma kurslarına göndəriliblər.
Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
AzVision.az