Daha bir idmançımız erməniyə qalib gəlib çempion oldu

  23 İyun 2019    Oxunub : 5379
 Daha bir idmançımız erməniyə qalib gəlib çempion oldu
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Azvision.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.

Təmsilçimiz Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini oyundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib.

Rumıniya güləşçisinə rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan Sabir erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbəylə Avropa çempionu olub.

Qeyd edək ki, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

Azvision.az

Teqlər: