Prezidentlər təkbətək görüşdü

Prezidentlər təkbətək görüşdü
  11 Mart 2013    Oxunub:1291
Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, İkitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.

Görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti