Sabiq icra başçısı Türkiyədə mükafat aldı

Sabiq icra başçısı Türkiyədə mükafat aldı
  28 Noyabr 2013    Oxunub:1264
Zəlimxan Məmmədli "İlin Altun Adamı" ödülünə layiq görülüb.
Türkiyə Cümhuriyyətindəki Uluslararası İpək Yolu Dərgisi ilin Altun adamları ödülünün sahiblərini müəyyən edib.

10 ildir ardıcıl olaraq gerçəkləşən və beynəlxalq status qazanan İpəkyolu dəlgisi ilin Altun Adamı ödül törənində hər il Türkiyədən başqa 10 ölkədə qabiliyyətli insanlar müxtəlif kateqoriyalar üzrə ödülə layiq görülürlər.

Bu il 10 nəfər bu ödülə layiq görülmüşdür. İlin yekunlarına görə səmərəli ictimai fəaliyyəti nəzərə alınaraq ilin Altun Adamı ödülünə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zalimxan Adil oğlu Məmmədlidə layiq görülmüşdür.

Ödülə layiq görülmüş digər 9 nəfər isə aşağıdakılardır:

İsmayıl Aytəmiz – Aytəmiz Şirkətlər Qrupu başkanı
Cemal Yanğın – Azərbaycan – Türk iş adamları Birliyi başkanı
Canseyir Tüynebayev – Qazaxstan böyükelçisi
Adil Bağırov – ABŞ-da seçimlə görəv alan ilk Azərbaycan vətəndaşı
İslam Şahbendarov – Axıska Türk Amerika Toplum Mərkəzi Başkanı
Turqut Torunoğulları – Deik Avropa bölgə başkanı
Arif Butuç – Kosova – Mamuşa Bələdiyyə Başkanı
İlyas Dəmirçi – Türk Dünyası Mühəndislər və Memarlar Birliyi qurucusu

Bundan əvvəllər həmin ödülə layiq görülənlər arasında Türkiyə Cümhurbaşkanı Abdullah Gül, Başbakan Yardımçısı Bülənt Arınc, Məclisin əski Başkanı Ali Şahin, Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyeva, TOBB başkanı Rifat Hisarcıklıoğlu, Başqırdistan Başkan yardımçısı Zöhrə Rahmatullina, sənətçi Hülya Koçigit və Orxan Gəncəbay və bir sıra ölkələrdən tanınmış isimlərə verilib.

İpəkyolu Altun Adamlar ödülü 2014-cü ilin yanvar ayında İstanbulda Polat Renessans Hoteldə keçiriləcək möhtəşəm törəndə sahiblərinə təqdim ediləcək.

Ödül törəninə Türkiyədən başqa ABŞ, Hollandiya, Azərbaycan, Qazaxstan,Ukrayna, Qırğızıstan, Türkmənistan, Makedoniya, Kosova, Bosnia-Hersoqovaniya, Moldova və Gürcüstandan önəmli qonaqlar qatılacaqdır. Törənə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılması gözlənilir.


Teqlər:





Xəbər lenti