Sotomayorun “Minsk 2019”da növbəti qələbəsi

  24 İyun 2019    Oxunub : 1064
Sotomayorun “Minsk 2019”da növbəti qələbəsi
İyunun 24-də “Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.
Azvision.az xəbər verir ki, boksçularımız Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb.

Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.

Məsud Yusifzadə (52 kq) səkkizdəbir finalda ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.

Azvision.az

Teqlər: Mİnsk-2019   Boks   Yarış