Azərbaycanla Avropa Birliyi arasında yeni anlaşma

Azərbaycanla Avropa Birliyi arasında yeni anlaşma
  28 Noyabr 2013    Oxunub:1101
Sabah Azərbaycan Prezidentinin də iştirak etdiyi Vilnüs Samiti dövlət başçıları səviyyəsində işini davam etdirəcək. Azərbaycan ilə Avropa Birliyi arasında viza sadələşdirilməsi və riadmisiya haqqında anlaşma noyabrın 29-da imzalanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Vilnüs sammitinə qatılan iqtisadçı Vüqar Bayramov sosial şəbəkədə yazıb.

O, daha sonra qeyd edir: “Bu anlaşma imkan verəcək ki, Azərbaycan vətəndaşları daha sadə şərtlər ilə Şengen viza alsınlar. Eyni zamanda viza haqqları 60 avrodan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ildək uzun müddətli Şengen vizası almaq hüququna malik olacaq. Müəyyən kateqoriya o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək”.

V.Bayramlı qeyd edir ki, bu gün eyni zamanda ilk dəfə olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyəti ilə bağlı müsbət fikirləri bölüşəcək: “Xatırladım ki, Vilnius Samiti çərçivəsində bu gün Biznes Forumu təşkil edilir. Forumda Azərbaycanı İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev təmsil edir. Forumun ilk panelində çıxış edənlər arasında azərbaycanlı nazirlər də var idi. Azərbaycalı spikerə Azərbaycan Avropa Birliyi və eləcə də Azərbaycan Rusiya münasibətləri ilə bağlı siyasi baxımdan kifayət qədər dolaşıq suallar verildi. Təqdirəlayiq haldır ki, Azərbaycanlı təmsilçi suallara olduqca diplomatik cavablar verdi və etiraf edim ki, verilən cavablar mənim üçün məqbul oldu. Azərbaycanlı nazir eyni zamanda Azərbaycan ilə Avropa Birliyi və o cümlədən Rusiya arasında qeyri-neft sektorunda aparılan əməkdaşlıq barədə məlumat verdi.

Vilnusda keçirilən biznes forumda Şərqi Tərəfdaşlıq ölkələrinin iqtisadiyyat nazirləri, iş adamları və ekspertlər iştirak edir. Eyni zamanda Avropa Birliyi ən yüksək bu qurumun prezidenti səviyyəsində təmsil olunur. Forumda eyni zamanda Azərbaycan ilə Litva arasında biznes sahəsində əməkdaşlıq ilə bağlı memorandium da imzalandı.

Forum digər nazirlərinin, biznes nümayəndələrinin və ekspertlərin çıxışı ilə davam edir”.

Mirvari


Teqlər:





Xəbər lenti