Vilnüs sammitinin Azərbaycana nə xeyri?
Politoloqun sözlərinə görə, sammitdə Azərbaycanın başqa saziş imzalaması nəzərdə tutulmayıb:
“Sadələşdirilmiş viza rejimi Azərbaycan əhalisinin Avropaya gediş-gəlişini asanlaşdıracaq. Bundan başqa Azərbaycan saziş imzalamayacaq. Yəni, Azərbaycan hələ ki, Avropa İttifaqına assosiativ sazişə imza atmaq fikrində deyil. Amma, bununla yanaşı viza rejiminin sadələşdirilməsi Azərbaycanın Avropaya inteqrasiyaya doğru bir addım atması hesab etmək olar”.
Qeyd edək ki, noyabr ayının 28-29-da Litvanın Vilnüs şəhərində keçiriləcək “Şərq tərəfdaşlıgı” sammitində Azərbaycan üçün olduqca əhəmiyyətli məsələlərin müzakirəsi gözlənilir. Belə ki, tərəflər, bəzi sahələr üzrə strateji əməkdaşlığa dair saziş, "mobility partnership" (Avropa İttifaqının əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq forması), Azərbaycanın Avropa İttifaqının proqramlarında iştirakının genişləndirilməsi haqqında protokol və s. sənədləri imzalamağa hazırlaşırlar.
Nihadə Eyyubova