Ramil Usubov 37 nəfərin işinə son qoydu
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə qarşılanma olub, Alay komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.
DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.
Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirib, tapşırıq və tövsiyələrini verib.