Buffon "Yuventus"a qayıdır

  26 İyun 2019    Oxunub : 820
Buffon "Yuventus"a qayıdır
Fransanın "PSJ" klubu ilə yollarını ayıran Canluici Buffon "Yuventus"a qayıda bilər.
Azvision.az xəbər verir ki, Turin klubu 41 yaşlı qolkiperlə 1 illik müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Məlumata görə, Buffon Voyçex Şensnidən sonra ikinci qapıçı olmağı qəbul edib. Onun mövsüm bitdikdən sonra klubda vəzifə alacağı iddia olunur.

Azvision.az

Teqlər: Futbol   Buffon   PSJ   Yuventus