Abbasovun köməkçisi ispaniyalı olacaq

  26 İyun 2019    Oxunub : 634
Abbasovun köməkçisi ispaniyalı olacaq
“Sumqayıt” FK-nın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Azvision.az

Teqlər: Sumqayıt   Məşqçi