`Məmməd Araz - 80` elektron məlumat bazası təqdim olunacaq

`Məmməd Araz - 80` elektron məlumat bazası təqdim olunacaq
  29 Noyabr 2013    Oxunub:1319
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Noyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şerləri səsləndiriləcək, sözlərinə mahnılar ifa olunacaq.

Sonda Milli Kitabxananın əməkdaşlarının hazırladığı "Məmməd Araz - 80" elektron məlumat bazası və "Poeziyamınız Məmməd Araz zirvəsi" adlı kitablardan və qəzet jurnal materiallarından ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaq.


Teqlər:





Xəbər lenti