İlham Əliyevin Litva Baş naziri ilə görüşü - FOTO

İlham Əliyevin Litva Baş naziri ilə görüşü - FOTO
  29 Noyabr 2013    Oxunub:1651
Prezident İlham Əliyev Vilnüsdə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti