Azərbaycan-Kanada dostluq qrupunun illik görüşü

Azərbaycan-Kanada dostluq qrupunun illik görüşü
  29 Noyabr 2013    Oxunub:1346
Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun illik görüşü keçirildi.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Kanada Parlamentində Kanada-Azərbaycan Parlamentlərarası dostluq qrupunun illik görüşü keçirildi.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və bir sıra digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev görüşdə çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını qeyd edib. Bu baxımdan səfir iki ölkənin millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı dostluq qrupunun sədri Barri Devolin çıxış edərək, Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb, bu ilin aprel ayında kanadalı millət vəkillərindən ibarət nümayəndə heyətinin ölkəmizə uğurlu səfəri barədə məlumat vermiş və səfərlə bağlı öz müsbət təəssüratlarını bölüşüb.

Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regionda geosiyasi vəziyyət, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunulub.


Teqlər:





Xəbər lenti