"Milan" Avropa Liqasından uzaqlaşdırıldı

"Milan" Avropa Liqasından uzaqlaşdırıldı
  28 İyun 2019    Oxunub:1682
İtaliyanın "Milan" futbol klubu 2019/2020 mövsümündə Avropa Liqasında iştirakdan məhrum edilib.
Azvision.az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.

Belə bir qərarın verilməsinə səbəb klubun maliyyə “fair-play” qaydalarını pozmasıdır. Bir il ərzində klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Qeyd edək ki, “Milan” Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək. “Torino” isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Milan  





Xəbər lenti