İlham Əliyev Devid Kemeronla görüşüb
AzVision.az xəbər verir ki, noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.