Stadnik Azərbaycana 3-cü qızıl medalı qazandırdı

Stadnik Azərbaycana 3-cü qızıl medalı qazandırdı
  29 İyun 2019    Oxunub:2830
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb.

Azvision.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ukraynalı Oksana Livaçla qarşılaşıb. Stadnik görüşü 7:1 hesablı qələbə ilə başa vurub.
Qadın güləşçimiz bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycana üçüncü qızıl medalı qazandırıb.

Azvision.az



Teqlər: Mariya-Stadnik   Minsk-2019  





Xəbər lenti