Karateçimiz Avropa Oyunlarının qalibi oldu

 Karateçimiz Avropa Oyunlarının qalibi oldu
  30 İyun 2019    Oxunub:2233
Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.
Azvision.az xəbər verir ki, “Minsk 2019”da 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi Asiman Qurbanlı bu gün final görüşünə çıxıb.

İdmançımız həlledici mərhələdə xorvatiyalı rəqibi Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Bununla da İkinci Avropa Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 5-ə çatıb.

Azvision.az



Teqlər: Karate   Qızıl-Medal   Minsk-2019  





Xəbər lenti