“Azərbaycan güləş ölkəsi olduğunu sübut etdi” - Firdovsi Umudov

“Azərbaycan güləş ölkəsi olduğunu sübut etdi” -    Firdovsi Umudov
  30 İyun 2019    Oxunub:2638
“Sərbəst güləşçilərimizin hamısı İkinci Avropa Oyunlarında medal uğrunda mübarizə apardı. Onlardan beşi fəxri kürsüyə qalxdı. Komanda hesabında ikinci yeri tutduq. Avropa çempionatında qazanılan uğurun təsadüfi olmadığını sübut etdilər. Qadınlarımız isə bir dəst medal qazandı. Həm məşqçiləri, həm də güləşçiləri təbrik edirəm. Əzmkarlıq göstərib, sonadək mübarizə apardılar".
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

Onun sözlərinə görə, Azərbaycan güləş ölkəsi olduğunu bir daha sübut etdi: "Qazanılan qızıl medallar ümumi komanda hesabında ölkəmizin bir neçə pillə irəliləməsinə imkan verdi. Azərbaycanda idmana dövlət qayğısı var. Prezident İlham Əliyev hər zaman idmançıların yanındadır və dəstəyini əsirgəmir. Hədəfimiz Tokio Olimpiadasıdır”.

Azvision.az



Teqlər: FirdovsiUmudov   Güləş  





Xəbər lenti