II Avropa Oyunları: Azərbaycan 28 medalla 10-cu oldu

II Avropa Oyunları:    Azərbaycan 28 medalla 10-cu oldu
  01 İyul 2019    Oxunub:4704
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

Azvision.az xəbər verir ki, yarışlarda ölkəmizi təmsil edən idmançılar 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanıblar.
Azərbaycan yığması bu nəticə ilə "Minsk 2019"u 10-cu pillədə başa vurub.

Qeyd edək ki, 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi Rusiya yenə birinciliyi qoruyub. İkinci yeri meydan sahibləri tutublar. Ukrayna isə üçüncü pillədə qərarlaşıb.



Azvision.az






Teqlər: Minsk   Avropa-Oyunları  





Xəbər lenti