Köməksiz qalan 2 nəfər xilas edilib

Köməksiz qalan 2 nəfər xilas edilib
  01 İyul 2019    Oxunub:1119
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti