Azərbaycanlı deputat Marqvelaşviliyə qarşı

Azərbaycanlı deputat Marqvelaşviliyə qarşı
  29 Noyabr 2013    Oxunub:1008
“Marqvelaşvilinin prezident kimi heç bir səlahiyyəti qalmayıb, o sadəcə ölkəyə gələn qonaqları qarşılayıb-ötürə bilər”.

Bunu AzVision.az-a açıqlamasında Gürcüstanın Vahid Milli Hərakatı partiyasının azərbaycanlı deputatı Azər Süleymanov yeni seçilən prezident Marqvelaşvilinin fəaliyyətinə qiymət verərkən deyib.

“Nə yatdıq ki, nə də yuxu gördük. Ayın 25-də artıq yeni Nazirlər Kabineti işə başladı. Marqvelaşvilinin elədə səlahiyyətləri qalmadı, o sadəcə Gürcüstan Konstitusiyasında göstərilən kimi ölkəyə gələn qonaqları qarşılayıb-ötürə bilər. Amma onun fəaliyyətini qiymətləndirmək üçün vaxt lazımdır.

Müxalif partiyadan olan deputat kimi indi onun nə yaxşılığına nə də pisliyinə bir şey deyə bilmərəm. İnsana biraz vaxt vemrək lazımdır. Ola bilsin ki, bir-iki aya hansısa fikirlər söyləyə bilərik”.

Deputat Gürcüstanda yaşayan bir qrup azərbaycanlının Marqvelaşvilinin prezident seçilməsinə qarşı olduğunu bildirib.

“Onu istəyənlər də, istəməyənlər də oldu. Sadəcə azərbaycanlılar üçün real bir addım gözləyirik. Əgər bir neçə ay ərzində nəinki azərbaycanlılara, eləcə də bütün Gürcüstan əhalisi üçün verdikləri səslərin qarşılığında hansısa addımlar atılmasa, yəqinki, Gürcüstan əhalisi birdə öz sözünü deməyə hazır olacaq”-deyə A.Süleymanov vurğulayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti