Müsavatda gənclər arasında yeni QALMAQAL
O AzVision.az-a açıqlamasında mübarizəni davam etdirdiyini, şikayətlərini əsaslandıran faktlar topladığını deyib.
“Mən İsa bəyin müşaviri olduğuma görə onunla hərdən görüşürüəm, amma son vəziyyətlə bağlı görüşümüz olmayıb. Görüşəcəm. Divana bizim tərəfimizdən müəyyən müraciətlər olub, onlar araşdırılır. Ondan sonra Divan, partiyanın Məclisi nə qərar verəcəksə, biz də ona tabe olacağıq”.
Yenidən seçkinin ola biləcəyinə gəlincə isə R.Hacıbəyli vurğulayıb ki, faktlar toplanır. “Bu barədə bizim araşdırmalarımız gedir, faktlar toplayırıq. Ona görə bu məlumatlar əsasında sonda bir qərara gələcəyik”.
Qeyd edək ki, sonuncu seçkidə Əhliman Abbas Müsavat Gənclər Təşkilatına sədr seçilib. Onun sədrliyi ətrafında namizədlər arasında yaranan qalmaqal davam edir.
Fatimə Kərimli